Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

pas1 [pas] isim

1. Havada və suda oksidləşmə nəticəsində dəmirin üzərində əmələgələn qırmızı-qonur nazik təbəqə; paxır, cəng. □ Adətən üst-başı dəmir pası və yağdan çirklənmiş... fəhlələr yavaş-yavaş işə başlayır... (M.İbrahimov).

2. Məcazi mənada: obrazlı təşbehlərdə paxır, cəng. □ Çəkərəm hər zaman yası; Silinməz könlümün pası. (Aşıq Kərəm).

3. Bitkinin (əsasən yarpaq və gövdəsinin) üzərində tüfeyli göbələklər olan yerdə əmələ gələn sarı-narıncı rəngli ləkə.

4. Məcazi mənada: eyib, nöqsan, ləkə.

5. “Bir” sözü ilə – bir müddət, bir vaxt. □...gecədən də bir pas keçəndən sonra xalxala gətirərdi. (“Koroğlu”).

pas2 [pas] isim fransız

Oyunda növbəni buraxmaq (“məndən keçdi” mənasında).

pas 3 [pas] isim ingilis

Topu bir-birinə ötürmə.

Həmçinin bax:

frazeologizm: pası açılmaq frazeologizm: tası-pası yatmaq frazeologizm: yaddaşı pas tutmaq (atmaq) Azərbaycan dilinin izahlı lüğəti