Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

parıldaşmaq [parıldaşmax] feil

1. Bərq vurmaq, parıltı vermək (çox şey haqqında); parlaşmaq. □ Yaşıl otlar üzərində xırdaca damcılar inci kimi parıldaşırdı. (M.Rzaquluzadə).

2. Azacıq işıq vermək, işarmaq (çox şey haqqında), işıldaşmaq, sayrışmaq. □ Göydə isə ara-sıra ulduzlar parıldaşırdı. (S.Rəhimov).

Azərbaycan dilinin izahlı lüğəti