1. Ayaq.
2. Addım, qədəm.
Oyandım qəflətdən, açdım gözümü,
Ərənlər payinə sürtdüm üzümü.
Dindirdilər, haq söylədim sözümü,
Doxsan min kəlməmə bəyan dedilər.
(“Qurbani”)
Qeyd: Sonuncu misrada Qurandakı sözlərin miqdarına işarə edilir.
*
Xəbər alsan, əsilzadə nəsliyəm,
Hökumət mülkündə qaldım bir zaman.
Sən kimi şahları payəndaz ilə,
Xak ilə payimə saldım bir zaman.
(“Lətif şah”)
Azərbaycan dastanlarının leksikası