Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

oykumen

yun. oikumene < oikeo – məskunlaşdırıram

Yerin insanlar tərəfindən daimi məskunlaşmış hissəsi.

Termin ilk dəfə e.ə. VI əsrdə yunanların yaşadıqları əraziləri dünyanın başqa hissələrindən fərqləndirmək üçün coğrafiyaşünas Miletli Hekateus tərəfindən işlədilib. Sonradan insanların məskunlaşdırdıqları bütün əraziləri O. adlandırmağa başlayıb. XIX əsrdə terminin digər Avropa dillərində yayılması nəticəsində onun ikili yazılış forması və müxtəlif izahları ortaya çıxıb. O. əvvəlki “məskunlaşmış dünya” mənasını saxlayıb. “Ekumen”ə isə digər coğrafi, dini, mədəni izahlar verilib; məsələn, Merriam-Vebster (ABŞ) lüğətinə “ekumen”in daha iki coğrafi-antropoloji izahı daxil edilib: a) dövlətin ən sıx əhaliyə və nəqliyyat şəbəkəsinə malik mərkəzi hissəsi; b) inkişafda geri qalmış qonşu regionların asılı olduqları yüksək səviyyəli mədəniyyət mərkəzi.

Coğrafiya terminləri lüğəti