Reklam
Reklam

Tarix terminləri lüğəti

oktyabr çevrilişi

Bolşeviklərin rəhbərliyi ilə 1917-ci il oktyabrın 25-də Rusiyada həyata keçirilmiş və sovet rejiminin bərqərar olması ilə nəticələnmiş çevriliş.

O.Ç.-ndə Müvəqqəti hökumət devrilib və ölkədə sərt diktatura rejimi qurulub. Bundan sonra qısa müddət ərzində öz ideoloji və siyasi rəqiblərini zərərsizləşdirərək hakimiyyətdə möhkəmlənən bolşeviklər “kommunizm cəmiyyəti quruculuğu” adlı siyasi eksperimentin gerçəkləşdirilməsinə başlayıblar. Yüz milyonlarla insanın könüllü və ya məcburi şəkildə cəlb edildiyi bu eksperiment XX əsrin 80-ci illərinin sonunda iflasa uğrayıb.

Tarix terminləri lüğəti