Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

oddax1

Ağcabədi, Qazax

Yanğın.  İt oddaxdan çıxıf qaçıf; Oddağ olanda hay-haray eliyirix', camahat gəlif köməy eliyir, oddağı söndürür (Ağcabədi); De:llər Qaraçalada oddax var (Qazax).

oddax2

Zəngilan

Ütülmüş sünbüldən çıxan taxıl.

Azərbaycan dilinin dialektoloji lüğəti