Dağlarda, adətən, qar xəttindən yuxarıda yerləşən ən yüksək təbii qurşaq.
N.Q. nival iqlimlə səciyyələnir, onun üçün daimi qar və buzlaqlar xarakterikdir. Buranın üzvi aləmi çox kasıbdır: bitki örtüyü (şibyə, mamır və s.) seyrəkdir, heyvanlardan bəzi quş və həşərat növlərinə rast gəlmək olur.
Coğrafiya terminləri lüğəti