Dövlətlər, şəhərlər və ayrı-ayrı feodallar tərəfindən muzdla tutulan peşəkar döyüşçülərdən ibarət qoşun.
M.O.-lardan Qədim Misirdə, İranda, Karfagendə, xüsusilə Qədim Romada geniş istifadə olunub. II Pun müharibələrindən (e.ə. 218–201) sonra Romada azad kəndlilərin müflisləşməsi ilə əlaqədar əvvəlki xalq qoşununun (milisin) peşəkar ordu ilə əvəzlənməsi prosesi başlanıb. Roma ordusunda muzdlu döyüşçülər dövlətdən maaş, silah, paltar və s. alıblar. Hərbi xidmət müddəti (16 il) başa çatdıqdan sonra isə onlara mükafat olaraq torpaq sahəsi də verilib. XIV əsrin əvvəlindən Qərbi Avropada mərkəzləşdirilmiş dövlətlərin formalaşması ilə əlaqədar krallar öz hakimiyyətlərini möhkəmlətmək üçün M.O.-lar yaratmağa başlayıblar. XVI əsrdən isə təkcə müharibə dövründə deyil, daimi fəaliyyət göstərən M.O.-lar meydana gəlib. XVI–XVII əsrlərdə iri dəniz dövlətləri – İspaniya və İngiltərə, Niderlandın muzdlu hərbi donanmaları olub.
Tarix terminləri lüğəti