Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

miz1

Ağdam, Cəbrayıl, Kürdəmir, Qazax, Mingəçevir, Şəki, Tovuz, Zəngilan

1. Torpaq, saman, peyin və sidik qarışığı (Qazax). □ Tovlanın mizini təmizdə.

2. Baramaqurdunun nəcisi (Ağdam, Şəki). □ Qurdu yayanda mizi atırıx ə:nə ki, yeri yaxşı olsun (Ağdam); Yeri qurdun mizi bürüyüb, mizi daşıyıb kümnən çıxart (Zəngilan); Dirniyə töküllər mizi peyin yerinə (Şəki).

3. Sidik.

4. İylənmiş su.

miz2

Cəbrayıl, Şahbuz, İrəvan

Milçək sürfəsi. □ Ətin üsdün ört, milçək miz salmasın (Cəbrayıl).

Azərbaycan dilinin dialektoloji lüğəti