alm. mark < marke – sərhəd, sərhədyanı vilayət
1. Orta əsrlərdə Qərbi Avropa ölkələrində qonşuluq icması.
İlk vaxtlar müstəqil olan M. azad kəndli həyətlərini birləşdirib. Torpaq sahələri M.-nın üzvü olan fərdi kəndli ailələrinin xüsusi mülkiyyətində, otlaqlar, meşələr və s. isə ümumi istifadədə olub. Feodalizmin süqutu ilə M. aradan qalxıb.
2. Orta əsrlərdə Karolinqlər imperiyasında və “Müqəddəs Roma imperiyası”nda sərhədyanı bölgələrdə yerləşən möhkəmləndirilmiş iri inzibati dairə.
İlk M.-lar X–XII əsrlərdə yaranıb. M.-ya markqraf başçılıq edib. Feodal münasibətlərinin inkişafı prosesində bu inzibati dairələr iri feodal knyazlıqlarının nüvələrinə çevrilib.
3. Avropanın bir sıra ölkələrinin – Almaniya (2002-ci ilədək), Finlandiya (2002-ci ilədək), Polşa (1917–1924-cü illərdə) və Estoniyanın (1918–1928-ci illərdə), habelə Bosniya və Herseqovinanın pul vahidi.
Tarix terminləri lüğəti