lat. marginalis – nəyinsə kənarında, qırağında yerləşən
Müxtəlif sosial qrupların, mədəniyyətlərin “sərhəd”ində aralıq mövqe tutan şəxslər.
M. termini Amerika sosiologiyasında yaranıb və ilkin olaraq XX əsrin 20-ci illərində yeni sosial şəraitə uyğunlaşa bilməyən mühacirlərə aid edilib. Fərdin marginal vəziyyəti onun can atdığı qrupda qəbul edilməməsi, mənşəcə mənsub olduğu qrup tərəfindən isə “dönük” kimi rədd edilməsi vəziyyəti ilə səciyyələnir. Marginallaşma heç də həmişə fərdin öz sosial simasını tamamilə itirərək lümpen (səfil, dilənçi, işsiz və s.) vəziyyətinə düşməsi anlamına gəlmir. Bu baxımdan “marginal” və “lümpen” terminlərini sinonim kimi işlətmək düzgün deyil.
Tarix terminləri lüğəti