Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

maj1

Ağdam, Gəncə, Qazax

Xışın, kotanın dəstəyi.  Üç adam kotanı sürördü: ikisi boyunduruğun üsdə, biri də maj tutordu (Qazax); Sən öküzzəri sür, mən kotanın majın tutum (Gəncə).

maj2

Oğuz

Lobya və ya xiyar tağının sarınması üçün onun dibinə basdırılan uzun ağac.

Azərbaycan dilinin dialektoloji lüğəti