Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

mürvət ərəb

İnsaf; insanlıq; mərdlik.

Mərd igidlər kəm olmazlar mürvətdən,

Hər kəsdənin qisməti var nemətdən.

Buğda verib çıxartdılar cənnətdən,

Şeytan ol Adəmi tovladı bir gün.

                               (“Fərhad və Şirin”)

                              *

Buxaradan gəlməyim yamandır,

Aman xanım, mürvət eylə, amandır.

Sayat bəy də Səyalıya qurbandı,

Aman xanım, azad eylə babamı.

                 (“Sayat bəy-Səyalı xanım”)

Azərbaycan dastanlarının leksikası