Qrammatik cəhətdən cümlə üzvlərinin heç birindən asılı olmayan baş üzv.
Mübtəda kim? nə? hara? suallarına cavab verir. Mübtədanın əsas morfoloji ifadə vasitəsi adlıq halda işlənən isimdir. Bundan əlavə, mübtəda əvəzlik, məsdər, substantivləşən nitq hissələri, habelə söz birləşmələri ilə də ifadə olunur; məs.: Mən vətənimi çox sevirəm (əvəzlik). Yaşamaq yanmaqdır, yanasan gərək (məsdər). Azərbaycan müstəqil respublikadır (isim). Güllərin ətri ətrafa yayılır (III növ təyini söz birləşməsi).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti