Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

möhkəmlətmək [möhgəmlətməx'] feil

1. Möhkəm etmək, davamlı hala salmaq; bərkitmək. □ Düyünü möhkəmlətmək. Vinti burub möhkəmlətmək.
2. Müdafiə qüvvəsini artırmaq; alınmaz, keçilməz, möhkəm hala gətirmək; bərkitmək. □ Müdafiəni möhkəmlətmək. Səngərləri möhkəmlətmək.
3. Məcazi mənada: cismən və ruhən bərkitmək, sağlamlaşdırmaq, qüvvətləndirmək. □ Vaxtında yemək və istirahət etmək bədəni möhkəmlədən şərtlərdən biridir.
4. Məcazi mənada: möhkəm etmək, sarsılmaz hala gətirmək; ciddiləşdirmək. □ İntizamı möhkəmlətmək.

Azərbaycan dilinin izahlı lüğəti