E.ə. III–II minilliklərdə Urmiya gölündən (Cənubi Azərbaycan) cənubda və cənub-şərqdə məskunlaşmış tayfa ittifaqı, qədim etnik qruplaşma.
L. (lullubilər, lullular, lullumelər) haqqında ilk məlumatlara e.ə. XXII əsrə dair tarixi qaynaqlarda rast gəlinir. Lakin şumer, akkad, elam yazılarında onlar barədə verilən məlumatlar fraqmentar xarakter daşıyır. Bu səbəbdən L.-in etnik mənşəyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Bəzi tədqiqatçıların fikrincə, L.-in dili zaqros-elam dilləri qrupuna daxil olub. Lakin bunu birmənalı sübut edəcək tarixi dəlil yoxdur. L.-lər haqqında məlumatlara son dəfə e.ə. IX əsrə aid tarixi qaynaqlarda rast gəlinir. Urartu dilində “lulu” sözü «yadelli düşmən» anlamını verir, tayfanın adının bu terminlə bağlılığı mümkün sayılır.
Tarix terminləri lüğəti