Təhkiyənin lirik haşiyələrlə müşayiət olunduğu əsər.
Lirik-epik əsərlər, əsasən, nəzmlə yazılan süjetli əsərlərdir. Bura bir sıra poemaları aid etmək olar. Belə əsərlərdə müxtəlif hadisələr və xarakterlər təsvir olunsa da, süjet xəttinin inkişafında lirik qəhrəmanın duyğu və ovqatı mühüm rol oynayır. N.Gəncəvinin “Leyli və Məcnun”, “Yeddi gözəl”, M.Müşfiqin “Bakının dastanı”, B.Vahabzadənin “Şəbi-hicran” poemaları lirik-epik poemalardır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti