Reklam
Reklam

Tarix terminləri lüğəti

liberalizm

lat. liberalis – azad

İnsanın fərdi azadlıq və hüquqlarının toxunulmazlığını bəyan edən fəlsəfi və ictimai-siyasi cərəyan.

L. hər bir insanın hüquq və azadlıqlarını ən yüksək dəyər elan edir, dövlətin və dini institutların cəmiyyət həyatına müdaxiləsini məhdudlaşdırır. İfadə azadlığı, vicdan azadlığı, ədalətli və azad seçkilərdə öz nümayəndələrini seçmək hüququ müasir L.-in əsas prinsipləri sayılır. İqtisadi sahədə L. xüsusi mülkiyyətin toxunulmazlığı və azad sahibkarlıq ideyalarının gerçəkləşməsi uğrunda mübarizə aparır. Hüquqi sahədə isə qanunun aliliyi, eləcə də sosial statusu, maddi vəziyyəti, cəmiyyətdəki nüfuzundan asılı olmayaraq hamının qanun qarşısında bərabərliyi prinsiplərini rəhbər tutur. L. monarxlar və katolik kilsəsi başçılarının öz hakimiyyətlərindən sui-istifadəsinə qarşı reaksiya kimi formalaşıb, daha sonra dövlət və onun cəmiyyətdəki roluna münasibətdə avtoritar baxışlara əsas alternativ ideologiyaya çevrilib.

Tarix terminləri lüğəti