Cəbrayıl, Kürdəmir, Zəngilan
Boş sarınmış keyfiyyətsiz barama. □ Baramanın lasın ayrı yığın, yaxşıya qarışdırmıyın (Zəngilan); Baramanın on kilovu las oldu (Cəbrayıl).
Bakı, Kürdəmir, Qax, Naxçıvan, Oğuz
Tənbəl. □ Ozi kimi las adam olmaz (Bakı).
Hamamlı, Quba
Təzə biçilmiş ot topası. □ Lasi aparıblar; Lasiyığıb lükütə quyaduğ (Quba); Las hələ yığılmaz, nəmdi (Hamamlı).
Ucar, Salyan
Əzilmiş, xarab olmuş (meyvə). □ Las hayvanı yeməy olmaz; Alça çox qalsa, las olar (Ucar).
Azərbaycan dilinin dialektoloji lüğəti