Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ləngimək [ləngiməx'] feil

1. Bir yerdə lazım olduğundan, yaxud bir səbəb üzündən artıq qalmaq, ilişib qalmaq. □ İki günə getdi, bir həftə ləngidi.
2. Vaxtında gəlməmək, gecikmək, yubanmaq. □ O, heç vaxt işə ləngimir.
3. Dayanıb durmaq, dayanıb gözləmək, ayaq saxlamaq. □ Qapı ağzında ləngimək.
4. Məcazi mənada: geridə qalmaq, çatmamaq, dala qalmaq. □ Qaçay sevinirdi ki, mebel hardasa ləngiyir. Kimsə onu yola salmağı unudub. (İ.Məlikzadə).

Azərbaycan dilinin izahlı lüğəti