Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ləmbə1

Ağcabədi, Göyçay

Qabığı bərkiməmiş yumurta.  Bizim toyuğ ləmbə yumurtdamışdı (Göyçay); Tö:x dəni azyeəndə ləmbə salır (Ağcabədi).

ləmbə2

Ağdaş, Oğuz

Kiçik ot topası.  Hər mala gündə bir ləmbə ot versəm bəsdi (Ağdaş).

ləmbə3

Gəncə, Mingəçevir, Şəki, Zaqatala

Keçilməz kolluq, cəngəllik. □ Qarabulaxda hindi qızılcıx ləmbəsinnən keşmağ olmur (Şəki).

ləmbə4

Cəbrayıl, Beyləqan

Bacarıqsız, küt. □ Muradın oğlu çox ləmbə adamdı (Beyləqan).

ləmbə5

Ağdam, Xaçmaz, Quba, Qusar

Küləş.

ləmbə6

Çənbərək, Karvansaray, Kürdəmir

Nəm. □ Barama ləmbə olsa çürüyər (Kürdəmir).

Azərbaycan dilinin dialektoloji lüğəti