Ağdam, Bakı, Quba, Lənkəran, Ordubad, Salyan, Şamaxı
Rəf. □ Kasaları, çiniləri yudurt ləmə yığdırt (Ağdam); Ləmədə kasa var (Bakı); Yuyulmuş qabları ləməyə düz (Salyan); Get ləmədən qatığı gəti (Ordubad); Tabağı ləmədən çıxart (Şamaxı).
Quba
Yaxşı döyülməmiş çəltik. □ Dügini yaxşı dügməmisən, ləmədi.
Ordubad, Şamaxı, Meğri
Yaylaqda keçədən düzəldilən dəyənin bir tərəfində süd, yağ, qatıq saxlanılan yer. □ Get ləmədən qatığı gəti (Ordubad); Tabağı ləmədən çıxart (Şamaxı).
Lənkəran
Eyvan. □ Bayağ ləmədə yatmışdım, ari əlimi sancdı.
Quba
Evin tavanına vurulan nazik taxta.
Azərbaycan dilinin dialektoloji lüğəti