lat. congressus – görüş, yığıncaq
1. Dövlət, ərazi və təşkilat rəhbərləri, yaxud nümayəndələrinin görüşü, yığıncağı, eləcə də beynəlxalq konfransların bir növü; məs.: 1814–1815-ci illər Vyana K.-si.
2. Bəzi ölkələrdə (Boliviya, Braziliya, Venesuela, Honduras, Kolumbiya, Meksika, Filippin və s.) qanunverici orqan, yaxud onun palatalarından birinin adı.
İkipalatalı ABŞ K.-i buna misal ola bilər. Fransada parlamentin hər iki palatasının birgə iclası da K. adlanır.
3. Bir sıra ölkələrdə siyasi təsisat adı; məs.: Hindistanda Milli Konqres Partiyası.
Tarix terminləri lüğəti