Reklam
Reklam

Tarix terminləri lüğəti

komitsiyalar

lat. comitio < comeo – toplanma, yığılma

Qədim Romada vəzifəli şəxsləri (magistratları) seçmək, qanunlar qəbul etmək, müharibə və sülh məsələlərini həll etmək üçün çağırılan xalq yığıncaqları.

K.-ın 3 növü mövcud olub. Ən qədim kuria K.-ı Roma icmasının tayfa bölgüsü zamanı meydana gəlib. Senturiya K.-ı senturiyalara görə təşkil olunub, əmlak senzinə görə patrisiplebeyləri birləşdirib. Tribut K.-ı isə plebeylərin triblər (ərazi mahalları) üzrə toplantılarına, sonralar isə bütün vətəndaşların ümumi yığıncaqlarına deyilib. I əsrin sonlarına yaxın K. öz əhəmiyyətini itirib.

Tarix terminləri lüğəti