Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ki1 [ki] bağlayıcı

1. Baş cümlə ilə budaq cümlələri bir-birinə bağlayır. □ Elə yavaş danışır ki, eşitmək olmur. Elə dumandır ki, göz gözü görmür.
2. Bağlayıcı vəzifəsini görən bir sıra sözlərə (kim, necə, hansı, niyə və s.) qoşularaq, onlarla sonrakı sözlər arasında əlaqəni daha da qüvvətləndirir. □ Necə ki, dedim. Kim ki, cavab verdi...
3. Bəzi modal sözlərdən (yəqin, görünür, əlbəttə, gərək, guya və s.) sonra gələrək, ehtimallıq, zərurilik və gerçəklik məzmununun cümlələrin ikinci hissəsinə keçməsi üçün şərait yaradır. □ Yəqin ki, mənim dediyimə əməl edəcəksən. Gərək ki, işdən gəlmişdi.
4. Feildən sonra gələrək, başqasının nitqini ifadə etməyə xidmət edir. □ Bir dəfə Güllü mənə demişdi ki, qızım, sənin bu dünyada bir xoşbəxtliyin var.. (İ.Əfəndiyev).
5. Ədatlardan sonra işlənərək, ədatla birlikdə cümləni və ya onun müəyyən hissəsini qüvvətləndirməyə xidmət edir. □ İndi ki sən xahiş edirsən, qızın pulunu keçərəm. (Mir Cəlal).
6. Müxtəlif sözlərdən sonra gələrək həmin sözlərin mənasını qüvvətləndirir. □ Yaxşı ki dəvət etmişik.
7. Sadə bağlayıcı, qoşma, ədat, feili bağlama, işarə əvəzliyi və s.-dən sonra gələrək, mürəkkəb bağlayıcı əmələ gətirir; məsələn, ancaq ki, ona görə ki, yaxud ki, bunun üçün ki, indi ki, odur ki. □ O, iclası tərk etdi ona görə ki, dərsə gecikirdi.

ki2 [ki] ədat

1. Sual cümlələrinin sonunda gələrək, xəbərə aid olur, xəbərin və ya ümumiyyətlə, cümlənin mənasındakı sualı qüvvətləndirir. □ Ay Xanpəri, daha biz niyə dayanmışıq ki? (M.Hüseyn).
2. Əvəzliklərdən sonra gələrək, onu başqa sözlərdən fərqləndirir, daha çox nəzərə çarpdırır. □ Sən ki mənim nişanlımsan? (C.Cabbarlı).
3. Cümlənin sonunda etiraz məqamında işlədilir. □ Bu olmadı ki.
4. Əsasən cümlələrin sonunda kinayə məqamında işlədilir. □ Hamı bu cür ola bilməz ki. (Ə.Vəliyev).
5. Gözlənilməz bir hadisə baş verdiyi zaman əmələ gəlmiş vəziyyəti bildirmə məqamında işlədilir. □ Ay aman, bu da gəlib çıxdı ki... (S.Rəhman).
6. Kinayə, istehza və ya etiraf məqamında işlədilir. □ O lap uşaqdır ki.

Həmçinin bax:

bağlayıcı: belə ki bağlayıcı: bir halda ki sifət: elə ki əvəzlik: necə ki əvəzlik: nə ki frazeologizm: çöldən tapmamışam ki frazeologizm: goru var ki, kəfəni də olsun frazeologizm: goruna aparmayacaqsan ki frazeologizm: xan ilə plov yemir ki, bığı yağa batar frazeologizm: qurd keçinin nəyin yeyib ki frazeologizm: o ki var frazeologizm: özüdür ki var Azərbaycan dilinin izahlı lüğəti