E.ə. I minillikdən VI əsrədək Mərkəzi və Cənubi Avropada, eləcə də Britaniya adaları və Pireney yarımadasında yayılmış hind-Avropa dilləri qrupu.
K.D.-nin vətəni Mərkəzi Avropa, Reyn və Dunay çayları arasındakı ərazi sayılır. Bu dillər məhz oradan e.ə. I minilliyin ilk yarısında Britaniya adalarına, e.ə. VII əsrdə Qalliyaya, e.ə. VI əsrdə İberiya yarımadasına, e.ə. V əsrdə Şimali İtaliyaya, nəhayət, e.ə. III əsrdə Yunanıstan və Kiçik Asiyaya yayılıblar. Hazırda K.D.-ndə yalnız şotlandlar, uelslilər, bretonlar, irlandlar və kiçik Men adasının əhalisi danışır.
Tarix terminləri lüğəti