Reklam
Reklam

Tarix terminləri lüğəti

keçualar

keçua. Qhichwa runa – hərfi mənası: dağ vadilərində yaşayan insanlar

Amerika qitəsinin ən böyük hindu xalqı.

K. (bəzi yerlərdə onlara «kiçualar», «keşualar» da deyirlər) Peru, Boliviya və Ekvadorun əsas əhalisini təşkil etməklə bərabər, Çili və Argentinada da yaşayırlar. Onlar Qhichwa simi (“dağ vadilərinin dili”) və ya Runasimi (“insan dili”) adlandırdıqları özünəməxsus keçua dilində danışırlar. Bu xalq ispan işğalına qədərki dönəmdə Amerikanın ən yüksək inkişaf etmiş mədəniyyətinin yaradıcısı olan inklərin varisləri sayılır. K.-ın əksəriyyəti katolikdir, lakin onların arasında xristianlığa qədərki dinlərin qalıqlarına da az rast gəlinmir.

Tarix terminləri lüğəti