Mənşəcə bulqarlara yaxın hesab edilən türkdilli tayfalardan biri.
K. orta əsrlərdə xəzərlərin və suvarların tərkibində Azərbaycana gəliblər. Azərbaycanın bir sıra bölgələrindəki (Goranboy, Zəngilan, Culfa və Ağdərə) Qazançı kəndlərinin adının, eləcə də Qazankol və Qazanqala toponimlərinin bu tayfa ilə əlaqəli olduğu ehtimal edilir.
Tarix terminləri lüğəti