pol. kozak, lit. kazokų, rus. козакъ < əski türk. – macəraçı, azad insan
1. XIV–XVII əsrlərdə Ukrayna və indiki Rusiyanın cənubunda məskən salmış azad kəndlilər.
Öncə Dnepr və Don çayları hövzəsində yaşayan K. daha sonra Orta və Aşağı Volqaboyuna, Terek və Ural çayları ətrafına, indiki Qazaxıstanın şimalına, Sibirə, habelə Uzaq Şərqə yayılıblar. Tarixi inkişaf prosesində K.-ın dil, mədəniyyət, adət-ənənə və məişətində müəyyən özünəməxsus cəhətlər formalaşdığı üçün bəzi tədqiqatçılar (məs.: L.Qumilyov) onları müstəqil etnos hesab edirlər.
2. XVIII əsrdən 1917-ci ilədək Rusiyada torpaqdan güzəştli istifadə müqabilində hərbi xidmətə daxil olan təbəqənin nümayəndələri.
Tarix terminləri lüğəti