Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kəsdirmək [kəsdirməx'] feil

1. Başqasına kəsmək işi gördürmək. □ Ağacı kəsdirmək. Meşəni kəsdirmək. Meynələri kəsdirmək. Şalbanın başını kəsdirmək.
2. Bir yerdə dayanıb gözləmək, dayanıb-durmaq, durub əl çəkməmək. □ Sabah tezdən maarif şöbəsinin qapısını kəsdirdim. (T.Ş.Simurq).
3. Verməyə qoymamaq, davam etdirməyə mane olmaq, icazə verməmək, saxlamaq. □ Təqaüdünü kəsdirmək. Qazı kəsdirmək. Suyu kəsdirmək.
4. Sifarişlə bir şey hazırlatmaq. □ Əzəldən bilsəydim sənin halını; Əşrəfidən kəsdirərdim nalını. (“Koroğlu”).
5. Biçdirmək. □ Paltarlarını kəsdirmək.
6. Çəpərlətmək, hasarlatmaq, aranı çəpər (hasar, barı) ilə böldürmək. □ Aranı kəsdirmək.
7. Qəti qərara gəlmək; müəyyənləşdirmək. □ Ezamiyyətə getməyi kəsdirdi.
8. Təxmin etmək, başa düşməyə çalışmaq. □ İndi o və mən bir-birimizin gözlərinə baxıb, kimin sözə başlayacağını kəsdirmək istəyirdik. (H.Nəzərli).
9. Arxaizm. Sünnət etdirmək. □ Uşağı kəsdirmək.

Həmçinin bax:

frazeologizm: başının üstünü kəsmək (kəsdirmək) frazeologizm: boynunun kökünü kəsdirmək frazeologizm: çənəsinin altını kəsdirmək frazeologizm: dizinin dibini kəsdirmək frazeologizm: qapısının ağzını kəsdirmək frazeologizm: qış qapını döyür (alır, kəsdirir) frazeologizm: üstünü kəsdirmək frazeologizm: yanını kəsdirmək frazeologizm: yastığının dibini kəsdirmək Azərbaycan dilinin izahlı lüğəti