Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

kəndi1

Ağdam, Təbriz, Ağdərə, Dərbənd, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Salyan

Taxıl və ya un saxlamaq üçün taxtadan düzəldilmiş və ya çubuqdan hörülüb suvanmış qab. □ Kəndiyə un yığırıx (Kəlbəcər); Bizzərdə kəndini palçıxdan tikəllər (Kürdəmir); Onun kəndisi doludu (Laçın); Kəndini taxdadan düzəldif taxıl yığırdıx (Ağdam); Bala, kəndidəki unumuz da qutaldı (Xaçmaz); Kəndi var i:rmi çual tutur, kəndi var on çual (Ağdərə).

kəndi2

Basarkeçər, Şəki, Qazax

Öz.

Azərbaycan dilinin dialektoloji lüğəti