Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

kəm1

Şamaxı, Zaqatala

Heyvanlarda olan xəstəlik. □ Bu il mal-qaraya kəm düşdü (Zaqatala); Bu atda kəm var, muni alıb satan olmaz (Şamaxı).

kəm2

Ordubad

Sağanaq.  Bu ələyin kəmi təzədi.

kəm3

Culfa, Hamamlı

Vəl.  Kəmi ver küləşimi döyüm (Hamamlı).

kəm4

Qazax

Cilovun atın ağzına keçirilən dəmir hissəsi.

Azərbaycan dilinin dialektoloji lüğəti