Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

küz1

Borçalı, İmişli, Qax, Ordubad

Payız.  Qoyunu yaz otar, yaz otarmadın duz otar, duz otarmadın küz otar (İmişli); Taxıl səfdirj küzdə sula, küzdə sulamadın buzda sula (Borçalı).

küz2

Ağcabədi, Ağdam, Bakı, Basarkeçər, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, İmişli, Kürdəmir, Qarakilsə, Şərur, Yardımlı, Laçın, Meğri, Ordubad, Saatlı, Salyan, Şəmkir, Tovuz, Zəngilan, Zərdab

Quzu saxlanılan üstüörtülü yer. □ Dört tərəfin qarquynan örüllər, üsdün də örtüllər olur küz (Ağdam); Bizim küzdə yüz quzu var (Ağcabədi); Quzuları yığın küzə, soyuxdu (Zəngilan); Quzunu küzə qatırıx (Ordubad).

küz3

Meğri, Ordubad

Əkin sahəsində kiçik arx.  Küzi həmməşə yer malalanannan sura açallar (Meğri).

küz4

Cəlilabad, Füzuli, Göyçay, Xocavənd, Quba

1. Xışın və ya kotanın açdığı şırımla müəyyən hissələrə bölünmüş əkin sahəsi (Füzuli, Quba). □ İki cız arasına küz deyəllər (Füzuli); Beş küz tuxum əkmişəm; Uzim də işdeyəm, küzdərin halağin təmizdeyəm (Quba).

2. Əkin sahələrini bir-birindən ayıran şırım, cızıq (Cəlilabad). □ Küz çəkeydüz kö:şənniglərdə.

küz5

Yardımlı

Dilim, qıça.  Boranının dilimlərinə küz deylər bizdə.

Azərbaycan dilinin dialektoloji lüğəti