Reklam
Reklam

Tarix terminləri lüğəti

küfr

ər. – dinsizlik, kafirlik

İslam dinini, Allahın birliyi və varlığını danma, onun ehkamlarından uzaqlaşma, sapma.

İslam təliminə görə, tək Allahın varlığına inanmamaq, Məhəmməd peyğəmbərin elçilik missiyasını şübhə altına almaq, axirət və qiyaməti, eləcə də cənnət və cəhənnəmin mövcudluğunu inkar etmək K. sayılır. Ruhani alimin öz nüfuzundan istifadə edərək müsəlmanları həqiqət yolundan sapdırması da K. hesab olunur. Lakin islam üləmaları arasında K.-ün konkret məzmununa dair yekdil fikir indiyədək formalaşmayıb. Belə ki, islamın müxtəlif cərəyanlarının nümayəndələri K.-ü fərqli anlamlarda başa düşürlər.

Tarix terminləri lüğəti