Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

közməx'1

Gədəbəy, Qazax, Tovuz

Baca.  Damın pajasına közməx' de:rix' (Tovuz); Peyini niyə közməx'dən atmırsan (Qazax); Toyla tikəndə közməx' də qoydurun, bir əz iriləx' (Gədəbəy).

közməx'2

Tovuz

Burun deşiyi. □ Burnunun közməyi nə yekədi.

közməx'3

Təbriz

Qabar. □ Annıları <alın> nəmaz qılmaxdan közməx' bağlıyıb.

Azərbaycan dilinin dialektoloji lüğəti