Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

köçmək [köçməx'] feil

1. Yaşayış yerini dəyişmək, bir yerdən çıxıb başqa yerə gəlmək, daşınmaq. □ Təzə mənzilə köçmək. Şəhərdən kəndə köçmək. Dərziyə köç dedilər, iynəsini yaxasına sancdı. (Atalar sözü).
2. İqlim, yem və b. şəraitlə əlaqədar olaraq yerini dəyişmək, bir yerdən başqa yerə (uçub) getmək. □ Balıqlar çaydan gölə köçdü. Quşlar isti ölkələrə köçdü.
3. Məcazi mənada: ərə getmək, gəlin getmək. □ Şah qızı əmirə köçəndə özü ilə qarabaş paltarında beş cəllad aparmışdı.
4. Məcazi mənada: ölmək, dünyadan getmək. □ Vədə yaxınlaşıb, köçmək çağıdır; Bir özgə diyara bu gündən belə. (Q.Zakir).

See also:

frazeologizm: dünyadan köçmək Azərbaycan dilinin izahlı lüğəti