1. Öz arzusu və iradəsi; öz iradə və arzusu ilə hərəkət etmə. □ Xal mənim, yar mənim, ixtiyar mənim; Xalqa nə borcdur, üzə düzdürmüşəm; Yarım deyibdir, qoşa düzdürmüşəm. (Xalq mahnısı).
2. Bir şeyə hüququ çatma, bir şeyi etməyə, sərəncam verməyə haqqı, səlahiyyəti olma; haqq, hüquq, səlahiyyət; sərəncam. □ Gəl, gəl, ay, gəl, gəl ay, gəl, gözəl yarım; Səndədir, səndədir hər ixtiyarım; Vermərəm, vermərəm mən səni əldən; Mən necə əl çəkim, ey nigar səndən. (Xalq mahnısı).
3. Qüvvət, güc, taqət. □ ..Dura bilməyirəm, ixtiyarım yoxdur.. (N.Vəzirov).
1. Qoca, yaşlı; pirani. □ İxtiyar kişi.
2. İsim kimi: qoca, yaşlı; pirani. □ Qanqala ixtiyar dedilər, hamı baş əydi. (Atalar sözü).
3. Məcazi mənada: qədim, dünyagörmüş. □ İxtiyar dağların döşündə meşə; Qayalar yüksəkdən baxır keçmişə. (S.Vurğun).
Həmçinin bax: