Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

itələmək [itələməx'] feil

1. Kəskin, ani bir hərəkətlə, təkanla bir şeyə toxunmaq. □ Rüstəm kişi Telli arvadın yaxasından itələyib keçmək istədi. (M.İbrahimov).

2. Təkanla bir şeyi bir tərəfə doğru hərəkət etdirmək, yerini dəyişməyə məcbur etmək, yerindən tərpətmək. □ Arabanı dala itələmək. Stolları yana itələmək.

3. Soxmaq, yeritmək, daxil etmək. □ Neştəri yaraya itələmək.

4. Məcazi mənada: təhrik etmək, sövq etmək, sürükləmək, bir şeyi etməsinə səbəb olmaq. □ Cinayətə itələmək.

Həmçinin bax:

frazeologizm: işin qabağına kötük itələmək frazeologizm: itələyib yerində durmaq frazeologizm: qabağına kötük itələmək Azərbaycan dilinin izahlı lüğəti