1. Arzu etmək, ürəyindən keçirmək, bir şeyin qəsd və niyyətində olmaq, ürəyində bir istək duymaq, bir şeyə ehtiyac hiss etmək. □ Əsgərin dediyi odur ki, səninlə qohum olmaq istəyir. (Ü.Hacıbəyli).
2. Sevmək, məhəbbət yetirmək, əzizləmək, qeydinə qalmaq. □ Ana oğlunu çox istəyir.
3. Ummaq. □ Könül istər, əl çatmaz.
4. Xahiş etmək, rica etmək, təmənna etmək; özünə verilməsini və ya bir işin görülməsini söyləmək; tələb və ya xahiş etmək. □ ..Deyin görüm, gözəl xanımlar, nə istəyirsiniz. (Ü.Hacıbəyli).
5. Möhtac olmaq, lüzum və ehtiyac hiss etmək, tələb etmək; diləmək. □ İmdad istəmək.
6. Çağırmaq, çağırtdırmaq. □ Yusif şah baxıcıları hüzuruna istəyib dedi ki.. (M.F.Axundzadə).
7. Aramaq, axtarmaq, soruşmaq. □ Kimi istəyirsiniz?
Həmçinin bax: