1. İslaq hala gəlmək. □ Əzizim, gülüstana; Şeh düşüb gülüstana; Qorxuram göz yaşımdan; Qoynunda gül islana. (Bayatı).
2. Suyun və ya başqa bir mayenin təsiri ilə yumşalmaq, sərtliyini, diriliyini itirmək, canına hopmaq. □ Gəldiyev gələn kimi düyü islanar, qazan asılardı. (Mir Cəlal).