Reklam
Reklam

Tarix terminləri lüğəti

iltizam

ər. – öhdəsinə götürmə

1. Orta əsrlərdə bir sıra Yaxın və Orta Şərq ölkələrində natural vergilərin toplanmasında tətbiq olunan sistem.

Bu sistem XVI əsrin sonu – XVII əsrin əvvəlində Osmanlı imperiyasında xüsusilə geniş yayılıb. Müəyyən məbləğdə pul ödənilməsi müqabilində ayrı-ayrı şəxslər (iltizamçılar) hər hansı vergini yığmaq üçün müstəsna səlahiyyətlər əldə ediblər. İ. XIX əsrdə Təzminat dövründə rəsmən ləğv olunub, lakin reallıqda yalnız 1925-ci ildə tam aradan qaldırılıb.

2. Bəzi hallarda müxtəlif növ malların (duz, spirtli içkilər, tütün və s.) satışına verilən müstəsna hüquq.

Tarix terminləri lüğəti