1. Taxılmaq, taxılıb qalmaq, bir şeyə keçib qalmaq. □ ..saçlarına quru ot və saman çör-çöpləri ilişmişdi. (Ə.Məmmədxanlı).
2. Qarmaq, mıx kimi iti bir şeyə keçmək. □ Paltarım mıxa ilişdi.
3. Bir şeyə toxunmaq, dəymək, ayağı dolaşmaq. □ Pilləkənə ilişmək.
4. Dolaşıq düşmək, dolaşmaq, qarışmaq, bir-birinə keçmək, ilişmiş kimi ayrılmamaq. □ İplər bir-birinə ilişib.
5. Bir yerdə bənd olub qalmaq, ləngimək, ilişib qalmaq. □ Bir yerdə ilişmək.
6. Məcazi mənada: sataşmaq, öcəşmək. □ Uşağa ilişmək.
7. Məcazi mənada: bənd olmaq, gözü tutmaq, istəmək. □ Bir gözələ ilişmək.
8. Məcazi mənada: acgözlüklə yeməyə başlamaq. □ Molla baqqaldan bu sözü eşitcək ilişir kişmiş-noxuda.
Həmçinin bax: