Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

hor1

Xanlar, Tovuz

Tərkibində yağı az olan və ya yaxşı qaynadılmayan ayrandan əmələ gələn pis keyfiyyətli şor. □ Şoru çürüdüllər, onun üzü hor oloy (Xanlar); Ayranı yaxşı çürütmüyüfsən də:n, hor oldu; A:z, ayranın özü:n yağı azıydı, ona görə dənəvər yox, hor oluf (Tovuz).

hor2

Meğri, Şamaxı, Zəngilan

1. İçərisinə qab-qacaq yığılan iri xurcun (Meğri, Zəngilan).  Hora qab-qacaq yığallardı dağa gedəndə (Zəngilan).

2. Kisə. □ Bu, hor çüyaldı, munu Mələx' fağır toxuyup (Meğri).

hor3

Cəlilabad

Balqabaqdan hazırlanan duru xörək.

Azərbaycan dilinin dialektoloji lüğəti