yun. hymnos < hymneo – vəsfetmə, oxuma
Kimi, yaxud nəyi isə öyən, vəsf edən təntənəli mahnı.
Öncə H.-lər allahlar və qəhrəmanların şərəfinə Qədim Yunanıstanda yazılıb. Orta əsrlərdə sosial-dini hərəkatların genişlənməsi ilə əlaqədar çoxsaylı dini H.-lər meydana gəlib. Müasir dövrdə isə dünya ölkələrinin hamısının dövlət H.-i var və o, gerb və bayraqla yanaşı, dövlətin əsas simvollarından biri hesab olunur. Azərbaycanın dövlət himni AXC dövründə (1918–1920) yazılıb, onun musiqisini Ü.Hacıbəyov bəstələyib, mətnini isə Ə.Cavad qələmə alıb.
Tarix terminləri lüğəti