Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

hərlənmək [hərrəmməx'] feil

1. Bir şeyin ətrafında dolanmaq, fırlanmaq, aylanmaq, dövrə vurmaq. □ Bağın ətrafına hərlənmək.

2. Öz oxu ətrafında fırlanmaq, dolanmaq. □ Çarx hərləndi və getdikcə kəndir açıldı. (C.Cabbarlı).
3. Havada dövrə vurmaq. □ Sərçələr bağın üstündə hərlənir.
4. Gəzmək, dolaşmaq, dolanmaq, gəzişmək. □ Bir az bulvarda hərlənmək.
5. Məcazi mənada: gəlib keçmək, ötüb keçmək, dolanıb keçmək. □ Əsrlər hərləndi.
6. Məcazi mənada: qurdalanmaq, vurnuxmaq. □ ..Bu gecə vaxtı burada nə hərlənirsən? (“Koroğlu”).

See also:

frazeologizm: başı hərlənmək frazeologizm: əldə-ayaqda hərlənmək Azərbaycan dilinin izahlı lüğəti