Silahlı qüvvələrdə hərbi qulluqçulara və ehtiyatda olan hərbi vəzifəli şəxslərə verilən xidməti dərəcələr.
Hərbi qulluqçular arasında mövcud olan tabelilik-böyüklük münasibətləri H.R.-ə görə müəyyən olunur. Belə xidməti dərəcələr Şərqdə qədimdən mövcud olub, Avropa ordularında isə XV–XVI əsrlərdən başlayaraq tətbiq edilib. Azərbaycan ordusunda gizir, baş gizir, kiçik leytenant, leytenant, baş leytenant, kapitan, mayor, polkovnik-leytenant, polkovnik, general-mayor, general-leytenant, general-polkovnik kimi H.R. mövcuddur.
Tarix terminləri lüğəti