Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

hərə1

Cəlilabad, Əli Bayramlı

Böyük mişar.  Hərə biz deyüg iri mişar oley ona (Cəlilabad).

hərə2

Kürdəmir, Salyan

Cərgə, sıra.  İki hərə bossan əkmişəm; Qalxozpambığı hərəynən əkib (Kürdəmir).

hərə3

Salyan

Kotanın açdığı şırım.

hərə4

Culfa, Qarakilsə

Taxça, rəf.  Hərəyə samavar, istəkan, nəmnə qoyarıx; Hərə duharda olar, ora qab-qaşıx qoyarıx; Hərə axçadan qəvliyətdi olur (Culfa).

Azərbaycan dilinin dialektoloji lüğəti