yun. geomoroi < ge – torpaq + meiromai – payımı alıram
1. Qədim Afinada əkinçilər, xırda və orta torpaq sahibləri.
Afinada G., evpatridlər (əsilzadələr) və demiurqlarla (sənətkarlar) yanaşı, azad əhalinin üç qrupundan birini təşkil ediblər. Demiurqlar kimi G.-ın da ali mülki və dini vəzifələr tutmaq hüququ olmayıb.
2. Qədim Sirakuzada və Samos adalarında aristokratlar, iri torpaq mülkiyyətçiləri.
Burada G. cəmiyyətin tamhüquqlu hakim təbəqəsinə mənsub olublar.
Tarix terminləri lüğəti