1. Bərk dartılmaq, tarım çəkilmək, tarımlanmaq. □ Sazın telləri gərildi.
2. Məcazi mənada: gərgin hala gəlmək, gərginləşmək. □ Əsəbləri şiddətlə gərildi, damağını dumanlı bir atəş sardı. (A.Şaiq).
3. Qanadları dümdüz hala gəlmək, tam açılmaq. □ Yerdən iki-üç addım hündürdə uçaraq gərilmiş qanadlarını bir dəfə belə çalmadan süzməyə başladı. (M.Hüseyn).