Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

gəmirmək [gəmirməx'] feil

1. Bərk bir şeyi dişlərilə dişləmək, bərk sıxıb parçalamaq, çeynəmək; didişdirmək. □ Əlini gəmirmək. Qolunu gəmirmək.

2. Çeynəmək, yemək, qırıb tökmək. □ Siçan ipləri gəmirib.

3. Məcazi mənada: çeynəmək, qırıb tökmək. □ Az qalır sahili gəmirsin dəniz; Tufan içindədir bu gün ölkəmiz. (S.Vurğun).

4. Bir sıra isimlərlə yanaşı gələrək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir. □ Bığını gəmirmək. İçini gəmirmək. Ürəyini gəmirmək.

Həmçinin bax:

frazeologizm: acığından zəncir çeynəmək (gəmirmək) frazeologizm: cilov gəmirmək frazeologizm: dil-dodağını gəmirmək frazeologizm: əlindən zəncir çeynəmək (gəmirmək) frazeologizm: hirsindən dodaqlarını gəmirmək frazeologizm: hirsindən zəncir çeynəmək (gəmirmək) frazeologizm: qəzəbindən zəncir çeynəmək (gəmirmək) frazeologizm: yüyənini gəmirmək frazeologizm: zəncir çeynəmək (gəmirmək) Azərbaycan dilinin izahlı lüğəti